
Mbappe: “Əvvəllər hər şey daha çətin idi”
“Real”ın hücumçusu Kilian Mbappe futbolda baş verən dəyişikliklərdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolun daha taktiki və metodik xarakter aldığını söyləyib:
“Oyunda hansısa dəyişiklik müşahidə edirəm? Bəli, futbol daha taktiki və metodik xarakter alıb. Məşqçilərin oyuna əvvəlkindən daha çox təsiri var və bu, hər bir komandada nəzərə çarpır. Düşünürəm ki, bunlar futbol üçün müsbət dəyişikliklərdir, daha çox oyunçuya özünü yüksək səviyyədə sübut etməyə imkan verir. Əvvəllər hər şey daha çətin idi”.
26 yaşlı forvard 2024-cü ilin yayından Madrid klubunda çıxış edir. O, bu mövsüm komandası ilə 10 oyunda 14 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



