
“Mançester Yunayted” iki mövqeyə oyunçu axtarır
“Mançester Yunayted” rəhbərliyi komandanın heyətini gücləndirmək üçün yeni transferlər üzərində işləyir.
Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” iki mövqedə dəyişiklik planlaşdırır – klub sağ cinah müdafiəçisi və dayaq yarımmüdafiəçisi axtarır.
Rəhbərlik portuqaliyalı baş məşqçi Ruben Amorimə inamını davam etdirir və ona komandanı gücləndirməkdə dəstək verməyə hazırdır.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının yeddi turundan sonra 10 xal toplayaraq, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Amorimin komandası lider “Arsenal”dan 6 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



