
Rövşən Nəcəf və Könül Mehdiyeva FİFA-nın Daimi Komitələrinə üzv seçiliblər
FİFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb.
Komanda.az xəbər verir ki, bu addımın məqsədi FİFA-nın qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir.
Bu prosesin nəticəsi olaraq, FİFA Şurasının keçirilmiş son iclasında 2025-2029-cu illər dövrü üçün FİFA-nın Daimi Komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib.
FİFA Şurasının qəbul etdiyi qərara əsasən, AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FİFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub.
Eyni zamanda, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib.
Yeni təyinatlar FİFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.
Bizi Facebook-da izləyin



