
Qvardiola sevinir
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola son oyunlarda komandasının irəliləyişindən məmnun olduğunu bildirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis “şəhərlilər”in hələ də güclənmək üçün böyük potensialı olduğunu deyib:
“Ən çox sevindirən odur ki, biz addım-addım inkişaf edirik. Mən bu prosesi izləməkdən zövq alıram. Daha da yaxşılaşa biləcəyimizi bilmək isə məşqçi üçün xüsusi ilham mənbəyidir”.
O, həmçinin, komandanın son matçlarda əvvəlki sürətini, intensivliyini və özünəinamını qaytardığını vurğulayıb.
“Mançester Siti” oktyabrın 5-də, səfərdə Premyer Liqada “Brentford”la üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



