
Lamin Yamal yenidən millidə – SİYAHI
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçiriləcək Gürcüstan (11 oktyabr) və Bolqarıstan yığmaları ilə (14 oktyabr) oyunlar üçün heyəti açıqlayıb.
Diqqətçəkən məqamlardan biri, “Barselona”nın gənc futbolçusu Lamin Yamalın yenidən yığmaya dəvət almasıdır. O, ötən beynəlxalq fasilədə zədələnmiş və bu, Kataloniya klubunun narazılığına səbəb olmuşdu.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, milli komandaya dəvət alan futbolçular aşağıdakılardır:
Qapıçılar: David Raya (“Arsenal”), Aleks Remiro (“Real Sosyedad”), Unay Simon (“Atletik”);
Müdafiəçilər: Markos Llorente, Robin Le Normand (hər ikisi “Atletiko”), Pau Kubarsi (“Barselona”), Din Heysen (“Real”), Pedro Porro (“Tottenhem”), Aleks Qrimaldo (“Bayer”, Leverkuzen), Mark Kukurella (“Çelsi”), Dani Vivian (“Atletik”);
Yarımmüdafiəçilər: Mikel Merino, Martin Subimendi (hər ikisi “Arsenal”), Aleks Qarsiya (“Bayer”), Rodri (“Mançester Siti”), Pedri, Dani Olmo (hər ikisi “Barselona”), Aleks Baena, Pablo Barrios (hər ikisi “Atletiko”);
Hücumçular: Ferran Torres, Lamin Yamal (hər ikisi “Barselona”), Mikel Oyarsabal (“Real Sosyedad”), Yeremi Pino (“Kristal Pelas”), Xesus Rodriges Karaballo (“Komo”), Samu Agehova (“Portu”), Xorxe de Frutos (“Rayo Valyekano”).
Bizi Facebook-da izləyin



