“Real” uduzdu, ortaya dərhal transfer xəbərləri çıxdı

“Real”ın prezidenti Florentino Peres qarşıdan gələn yay transfer pəncərəsində komandanı gücləndirmək niyyətindədir.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “kral klubu” ən azı iki transferi reallaşdırmağı planlaşdırır.

Transfer siyahısında iki yarımmüdafiəçinin adı çəkilir: “Mançester Siti”nin aparıcı futbolçusu Rodri və “Komo”nun yarımmüdafiəçisi Nikolas Paz.

Bu xəbərlər “Real”ın mövsümdəki ilk məğlubiyyətindən dərhal sonra yayılıb. Xabi Alonsonun komandası sentyabrın 27-də Madrid derbisində “Atletiko”ya səfərdə 2:5 hesabı ilə uduzub. Komanda hazırda La Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button