“Ronaldo 60 yaşında təqaüdə çıxacaq”

İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun niyə qol vurmağa davam etdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun hazırda əvvəlkindən daha fərqli oynadığını deyib:

“Ronaldo 60 yaşında təqaüdə çıxacaq. Məsələ ondadır ki, o, indi onunla “Mançester Yunayted”də oynadığım vaxtdan tamamilə fərqli oynayır. İndi o, anlarda, epizodlarda oynayır. Top qapıya yaxın olanda 20 yaşlı biri kimi hərəkət edir və bunu hamıdan daha sürətli edir. Müdafiəçilər onunla ayaqlaşa bilmirlər”.

Ronaldo bu yaxınlarda qol vuraraq, “Əl-İttihad”ı 2:0 hesabı ilə məğlub etməkdə komandasına kömək edib. 40 yaşlı forvardın “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button