
“İnter” isveçrəli futbolçuya birdəfəlik sahib olmaq istəyir
“İnter” “Mançester Siti”dən icarəyə götürdüyü Manuel Akanjini tam transfer etməyi planlaşdırır.
İsveçrəli müdafiəçi Milan təmsilçisinə məcburi satınalma şərti ilə icarəyə verilsə də, rəhbərlik gələn yay bu keçidi reallaşdırmaq niyyətindədir, hətta həmin şərtlər aktivləşməsə belə.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, transfer “İnter”ə 15 milyon avroya başa gələcək.
Akanji artıq Kristian Kivunun baş məşqçiliyi altında bütün turnirlərdə 4 oyunda meydana çıxıb.
30 yaşlı futbolçu “Mançester Siti”nin heyətində 3 il çıxış etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



