
“Qarabağ”ın rəqibi Donnarummanın transferindən niyə vaz keçib?
“Çelsi” yay transfer pəncərəsində Canluici Donnarummanı almaq üçün mübarizəyə qoşulmayıb. İtaliyalı qapıçı nəticədə, “Mançester Siti”nin yolunu tutdu.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, London klubu 26 yaşlı qolkiperə maraq göstərsə də, onun transferindən vaz keçib.
Səbəb isə rəhbərliyin gələn yay “Milan”ın qapıçısı Mayk Menyanı azad agent kimi heyətə qatmaq istəyi olub.
Hazırda Enzo Mareskanın komandasında qapını ispaniyalı Robert Sançes qoruyur. Ancaq o, tez-tez zəif çıxışı ilə tənqid olunur.
“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



