
Ferqyuson yaddaşını itirməkdən qorxur
“Mançester Yunayted”in 83 yaşlı sabiq baş məşqçisi Aleks Ferqyuson şəxsi sağlamlığı və yaşla bağlı narahatlıqlarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu yaşda yaddaşını itirməsindən narahat olmağa başladığını bildirib:
“Qardaşımın vəziyyəti belədir – asan deyil. Mən onunla tez-tez əlaqə saxlayıram. O məni tanıyır, amma yaddaşı o qədər də yaxşı deyil. Pisləşmir və bu çox ümidvericidir. Mən ondan cəmi bir yaş böyükəm. Bu yaşda insan yaddaşının onu tərk etməsindən narahat olmağa başlayır. Bu fikir həmişə beynimin bir küncündə olur. Dekabrda 84 yaşım olacaq və bəzən bir şeyi unuduram. Ola bilsin ki, 20, 30 il əvvəl də belə olub. Heç kəsin yaddaşı yüz faiz deyil. Amma futbol haqqında, məşqçilik illərim barədə danışanda yaddaş həmişə önəmli olub”.
O, həmçinin, yaşa uyğun fəaliyyətlərindən də danışıb:
“İndi krosvordlar həll edirəm, çox oxuyuram və mahnı ifa edirəm. ABŞ vətəndaş müharibəsi tarixinə marağım var. Bir neçə döyüş meydanında “olmuşam” və çox bəyəndim”.
Bizi Facebook-da izləyin



