Santuş Yunanıstan klubu ilə danışıq aparır

Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuş Yunanıstanda çalışa bilər.

Komanda.az xəbər verir ki, “Panatinaikos” portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə Yunanıstan mediası məlumat yayıb.

Afina təmsilçisi 70 yaşlı məşqçi ilə danışıqlara başlayıb. Santuşun təklifə isti yanaşdığı bildirilir.

“Panatinaikos” baş məşqçi Ruy Vitoriya ilə yollarını ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button