
“Qarabağ”ın rəqibinin futbolçusu 3 aylığa sıradan çıxıb
“Çelsi”nin yarımmüdafiəçisi Dariu Essuqu bir müddətlik sıradan çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Portuqaliya gənclər yığmasında olarkən budundan zədə alıb və ən azı 3 ay meydana qayıda bilməyəcək.
20 yaşlı futbolçu bu yay 22 milyon avroya “Sportinq”dən “Çelsi”yə keçib.
“Çelsi” Premyer Liqanın üç turundan sonra 7 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



