Rebrov Azərbaycan millisi ilə oyundan sonra ukraynalılardan üzr istədi

Ukrayna millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasının qonağı olub.

Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyundan sonra Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrovun mətbuat konfransı keçirilib. Ukraynalı çalışdırıcı 1:1 hesabı ilə başa çatan oyunu belə şərh edib:

“Dünən də demişdim ki, heç bir komandanı aşağı qiymətləndirə bilmərik. Meydançanın durumu da yaxşı deyildi. Son dəqiqələri hücumda keçirsək də, fərqlənə bilmədik.

Problem bu gün Azərbaycan millisində deyildi, bizdə idi. Rəqib əks-hücumlarda oynayırdı. Yenə də deyirəm, belə meydançada oynamaq çox çətin idi.

İlk olaraq, bütün Ukrayna azarkeşlərindən üzr istəyirəm. Hətta biz 1:0 hesabı ilə qalib gəlsəydik belə, bunu yaxşı nəticə hesab etməyəcəkdim. Çoxlu zədəlilərimiz var.

Ukrayna hazırda müharibə şəraitindədir. Gəlin bir-birimizə neqativ fikirlər səsləndirməyək. Baxmayaraq ki, Ukraynanın heç bir komandası Çempionlar Liqasında oynamır. Heç də Azərbaycan millisi bizdən güclü çıxış etmir. Baxmayaraq ki, “Qarabağ” Çempionlar Liqasında iştirak edir və Azərbaycan millisində bir neçə oyunçu bu komandanın heyətindədir. Bu gün sadəcə biz şanslardan yararlana bilmədik”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button