Zidan milli komandanın baş məşqçi postuna hazırlaşır

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan Fransa milli komandasının çalışdırıcısı olmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Ekip” məlumat yayıb.

53 yaşlı mütəxəssis Didye Deşamı əvəz etmək üçün aktiv hazırlıq aparır. Zidan Fransa millisinin son oyunlarını diqqətlə izləyərək çoxlu qeydlər aparır ki, komandaya gələcəkdə rəhbərlik etməyə tam hazır olsun.

Deşamın komandası bu gün DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda İslandiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button