
İspaniya millisi 22 oyundur məğlub olmur
İspaniya millisi məğlubiyyətsizlik seriyasını ardıcıl 22 matça çatdıraraq davam etdirir.
DÇ-2026-nın seçmə mərhələsinin matçında dünən Luis de la Fuentenin komandası səfərdə Türkiyəni 6:0 hesabı ilə məğlub edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə ilə ispanların məğlubiyyətsiz seriyası 22 oyuna çatıb.
İspaniya millisi sonuncu dəfə 2024-cü ilin martında yoxlama matçında Kolumbiya yığmasına 0:1 hesabı ilə uduzmuşdu. Komanda həmin vaxtdan bəri 17 qələbə qazanıb, 5 dəfə isə heç-heçə edib.
Yeganə istisna Millətlər Liqasının finalında Portuqaliya millisinə qarşı oyun olub. 2:2 hesabı ilə başa çatan görüşdə ispaniyalılar penaltilər seriyasında məğlubiyyətə uğrayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



