Niderland millisinin yeni bombardiri

DÇ-2026-nın seçmə mərhələsində Litva ilə keçirilən oyunda Niderland yığmasının hücumçusu Memfis Depay rekorda imza atıb.

Komanda.az xəbər verir ki, “Korintians”da çıxış edən futbolçu görüşdə hesabı açmaqla millidəki 104-cü oyununda 51-ci qolunu vurub.

30 yaşlı oyunçu oyunun 63-cü dəqiqəsində fərqlənərək dubla imza atıb.

Bu nəticə ilə o, yığmanın bombardirləri siyahısında zirvəyə yüksəlib. Depay indiyədək 102 matçda 50 qol vuran Robin van Persini geridə qoyub.

2013-cü ildən Niderland millisində çıxış edən Depay karyerası ərzində PSV, “Mançester Yunayted”, “Olimpik” (Lion), “Barselona” və “Atletiko” kimi klubların formasını geyinib. O, 2024-cü ildən Braziliyanın “Korintians” klubunun şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button