
“Milan”ın futbolçusu Premyer Liqa klubuna keçib
“Milan”ın müdafiəçisi Aleks Ximenes “Bornmut”la müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, daha əvvəl də İngiltərə klubunun ispaniyalı futbolçunu almaq hüququ ilə icarəyə götürdüyü barədə məlumatlar yayılıb. “Bornmut”un müdafiəçinin maaşını tam üzərinə götürəcəyi bildirilib.
Ximenes 2024-cü ilin yayında 5 milyon avroya “Real”dan “Milan”a keçib. O, 2024/25 mövsümündə bütün turnirlər nəzərə alınmaqla 46 matçda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



