“Azərbaycanla oyunda büdrəmək haqqımız yoxdur” – Beyl
Uels yığmasının üzvü Qaret Beyl AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Uels – Azərbaycan matçından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, yığmanın kapitanı, mətbuat konfransında bunları deyib:
“Fiziki baxımdan çox yaxşı vəziyyətdəyəm. Sabahkı matçı səbirsizliklə gözləyirəm. Əvvəlki matçlarda ideal formada deyildim. Zədə üzündən 5 həftə buraxmaq özünü büruzə verirdi. Sabahkı görüşdə baş məşqçi etimad göstərsə, var gücümlə mübarizə aparacam.
Biz də anlayırıq ki, qrupdakı vəziyyət kritikdir. Yaydakı iki məğlubiyyət işimizi xeyli çətinləşdirib. Azərbaycanla oyunda büdrəmək haqqımız yoxdur”.
Sentyabrın 6-da Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bizi Facebook-da izləyin