
Premyer Liqa klubunun futbolçusu “Fənərbaxça”da – Rəsmi
“Fənərbaxça” İngiltərə Premyer Liqası təmsilçisi “Vest Hem”də çıxış edən Edson Alvaresi icarə əsasında heyətinə qatıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Fənərbaxça”nın uğurları üçün çalışacaq.
Meksika millisinin üzvü olan Edson Alvares 2023-cü ildən “Vest Hem”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



