
Qurban Qurbanov: “Hesab heç kimi aldatmamalıdır”
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”a qalib gəlib.
Komanda.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Qurbanov qələbəyə baxmayaraq, ehtiyatlı danışıb:
“Möhtəşəm qələbə münasibəti ilə futbolçularımı təbrik edirəm. Baxmayaqraq ki, gərgin oyuna şahidlik etdik. Futbolçularımız bu qədər azarkeş önündə sona qədər mübarizə apardılar, əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizi yalnız buraxmadılar. Stadionda çox gözəl ab-hava var idi. Üstünlüyümüz olsa da, hesab heç kimi aldatmamalıdır. Bakıdakı qarşılaşmada daha ciddi oynamalıyıq. Çünki rəqibin heyətində elə futbolçular var ki, adi vəziyyətdə qol vura bilirlər.
Deməzdim ki, ilk qoldan sonra həvəsdən düşdük. Sadəcə, səfərdə qol buraxırsansa, istər-istəməz həyəcan çoxalır. Buraxılan qoldan sonra üzərimizdə təzyiq bir qədər də artdı. Amma get-gedə qarşılaşmada nəzarəti ələ ala bildik. Xüsusilə, ikinci hissədə riskə getdik. Çünki hesabda geridə idik. Fasilədən sonra çox qol vurmaq istəyirdik”.
“Ferentsvaroş” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin



