
Bu gün UEFA superkubokunun qalibi məlum olacaq – Məsiyev dördüncü hakimdir
Bu gün UEFA superkubokunun qalibi məlum olacaq.
Komanda.az xəbər verir ki, həlledici matçda Fransanın PSJ və İngiltərənin “Tottenhem” klubları üz-üzə gələcək.
Oyun İtaliyanın Udine şəhərindəki “Friuli” stadionunda, saat 23:00-da start götürəcək.
Görüşün baş hakimi Juan Pineyru (Portuqaliya) olacaq. Azərbaycanlı FİFA referisi Elçin Məsiyev matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək.
PSJ ötən mövsüm UEFA Çempionlar Liqasının, “Tottenhem” isə Avropa Liqasının qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin