
Modriç “Milan”da əsas hədəfini açıqladı
“Milan”ın yarımmüdafiəçisi Luka Modriç yeni komandası ilə bağlı məqsədini açıqlayıb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu “Milan”la kuboklar qazanmaq istədiyini bildirib:
“Milan”la kuboklar qazanmaq istəyirəm. Bu mənim əsas hədəfimdir və buna nail olmaq üçün əlimdən gələni edəcəm. Yaxşı atmosfer yaratmalı, güclü komanda ruhu formalaşdırmalıyıq. O zaman hər şey daha asan olacaq”.
39 yaşlı futbolçu “qırmızı-qaralar”a azad agent kimi qoşulub. İtaliya klubuna keçidindən əvvəl o, 13 il “Real”ın heyətində çıxış edərək, komanda tarixinin ən titullu oyunçusu olub.
Modriçin “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin ortalarınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin