Uels – Azərbaycan matçı maltalılara tapşırıldı
AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Uels – Azərbaycan matçının hakim təyinatları məlum olub.
Komanda.az xəbər verir ki, qarşılaşmanı Maltadan olan hakimlər briqdası idarə edəcək. Oyunun baş hakimi Trustin Farrucia Kann olacaq. Ona Alan Kamilyeri və Luk Portelli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alan Mario Sant yerinə yetirəcək.
Sentyabrın 6-da keçiriləcək Uels – Azərbaycan matçı saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin