“Sabah”la “Araz-Naxçıvan”ın cavab matçlarının hakimləri bilindi

Azərbaycan klublarının UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarına təyinatlar məlum olub.

Komanda.az xəbər verir ki, “Sabah”ın Bakıda Bolqarıstanın “Levski” (Sofiya) komandasına qarşı keçirəcəyi matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Mikola Balakinə Oleksandr Berkut və Viktor Matyaş kömək göstərəcək. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. VAR-da Oleksiy Derevinski, AVAR-da Klim Zabroda əyləşəcək.

“Araz-Naxçıvan”ın Kiprdə “Omoniya”ya qarşı keçirəcəyi görüşdə isə Danimarkadan olan ədalət sahibləri söz sahibi olacaqlar. Baş hakim Yakob Kehletə, Lars Hummelqaard və Martin Markus yardımçı olacaq. Dördüncü hakim funksiyasını Mikel Redder yerinə yetirəcək. VAR-da Sandi Putros, AVAR-da Morten Kroq əyləşəcək.

“Sabah” – “Levski” matçı saat 20:00-da, “Omoniya” – “Araz-Naxçıvan” qarşılaşması saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button