
“Napoli” “Qalatasaray”ın qarşısına şərt qoyub
“Qalatasaray” 26 yaşlı hücumçu Viktor Osimhenin “Napoli”dən transferini rəsmi şəkildə təsdiqləyib. İstanbul təmsilçisi bu transfer üçün 75 milyon avro ödəyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, maraqlı məqam “Napoli” rəhbərliyinin müqaviləyə xüsusi şərt daxil etməsidir. Razılaşmaya əsasən, “Qalatasaray” Osimheni yaxın iki il ərzində digər A Seriyası klublarına sata bilməyəcək. Bu, Neapol klubunun İtaliya çempionatındakı rəqiblərini gücləndirməmək üçün atdığı strateji addımdır.
Nigeriyalı forvard “Napoli”nin heyətində bütün turnirlərdə 133 oyuna çıxıb, 76 qol vurub və 18 məhsuldar ötürmə verib. O, 2023/24 mövsümündə 26 qolla A Seriyasının bombardiri olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin