“Bu matç onu oynatmağın düzgün qərar olduğunu göstərdi” – Poçettino
İngiltərə Premyer Liqasının son turunda “Arsenal”la 2:2 hesablı bərabərliyə razılaşan “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino oyundan sonra açıqlama verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, qarşılaşma haqqında danışan argentinalı mütəxəssis, Kristian Eriksenlə bağlı da açıqlama verib:
“Bütün komanda yaxşı oyun göstərdi. Hər iki tərəf üçün əla oyunun olduğunu düşünürəm. Yaxşı oynadıq və çoxlu qol şansları yaratdıq. Eriksenin də oyununu bəyəndim. Onun oynamaq istədiyi aydındır. Kristianın komandadan ayrılmağı mümkünsüzdür. Bu matç onu oynatmağın düzgün qərar olduğunu göstərdi. Əla oyun göstərdi və komandaya kömək etdi.
Mən nikbinəm və bu heyətlə işləməkdən, klub üçün böyük məqsədlər uğrunda mübarizə aparmaqdan məmnunam”.
Mütəxəssis, Harri Keyn haqqında da danışıb:
“O, fantastik futbolçudur. 5-6 ildir ki, onunla birlikdə çalışıram. Oyun ərzində əlindən gələn hər şeyi edir. Hədəflərin onun üçün nə qədər əhəmiyyət daşıdığını görə bilərsiz. Biz heyət olaraq mübarizə aparırıq və meydanda əlimizdən gələni edirik”.
Bizi Facebook-da izləyin