“Mançester Yunayted” kamerunlu futbolçu üçün növbəti cəhdini edəcək

“Brentford”un vingeri Brayan Mbeumo hələlik klubunda qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” hələ də futbolçunu heyətinə qatmaq istəyir və danışıqlar bu həftə davam etdiriləcək. Klubların keçən həftə razılığa gələ bilmədiyi, lakin “qırmızı şeytanlar”ın prioritet olaraq müqavilə üzərində işləməyə davam etməyə hazır olduqları bildirilir.

25 yaşlı kamerunlu futbolçu 2024/25 mövsümündə İngiltərə Premyer Liqasında 38 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button