
“Zirə”nin rəqibinin məşhur futbolçusu karyerasını bitirdi – Rəsmi
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk”un futbolçusu İvan Rakitiç gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Komanda.az xəbər verir ki, gözlənildiyi kimi, 37 yaşlı yarımmüdafiəçi peşəkar karyerasını başa vurub. Bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
Rakitiç “Bazel”in yetirməsidir. O, daha sonra “Şalke”, “Sevilya”, “Barselona” və “Əl-Şəbab”da çıxış etdikdən sonra “Hayduk”a üz tutub. Rakitiç Xorvatiya millisinin heyətində meydana çıxdığı 106 rəsmi matçda 15 qol vurub.
“Zirə”nin “Hayduk”la ilk oyunu iyulun 23-də Bakıda, cavab görüşü isə iyulun 31-də Splitdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin