
İngiltərə klubu Kolo Muani üçün danışıqlara start verib
PSJ-nin hücumçusu Randal Kolo Muani hazırda icarə əsasında oynadığı “Yuventus”dan “Çelsi”yə keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Ekip” nəşri məlumat yayıb.
London təmsilçisi fransalı futbolçu ilə maraqlanır və Paris klubu ilə potensial transferlə bağlı danışıqlara başlayıb. 26 yaşlı oyunçunun gələcəyi ilə bağlı qərar hələ yekunlaşmayıb.
“Yuventus” isə Kolo Muanini növbəti mövsüm də öz heyətində saxlamaq arzusundadır. O, son İtaliya çempionatında 16 oyuna çıxaraq, 8 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin