
“Kəpəz”in baş məşqçisi məlum oldu
Adil Şükürov “Kəpəz”in yeni baş məşqçisi təyin olunub.
Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalanıb.
Xatırladaq ki, o, 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə “sarı-göylər”i çalışdırıb.
Adil Şükürov bu komandada futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə “Kəpəz”in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan kubokunu başı üzərinə qaldırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



