“Arsenal” futbol tarixinin ən bahalı qapıçısını alacaq

“Arsenal” “Bornmut”da icarə əsasında çıxış edən “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanın transferi üçün 5 milyon funt-sterlinq ödəyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” David Rayaya əvəzedici qapıçı axtarır və ispaniyalı futbolçunu almaq istəyir. Arrisabalaqa “Arsenal”ın yay transfer pəncərəsində heyətinə qatacağı ilk yeni oyunçu olacaq.

“Arsenal” əvvəlcə “Espanyol”un qapıçısı Xuan Qarsiyanı almaq variantını nəzərdən keçirsə də, ispaniyalı futbolçu karyerasını “Barselona”da davam etdirməyə üstünlük verib.

Arrisabalaqa 2024/2025 mövsümündə bütün yarışlarda 35 oyuna çıxıb və 9 matçda qapısını toxunulmaz saxlayıb. O, 2018-ci ildə 80 milyon avroya “Atletik”dən “Çelsi”yə keçərək, futbol tarixinin ən bahalı qapıçısı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button