
“Barselona”nın Yamala nə təklif etdiyi bəlli oldu
“Barselona”nın vingeri Lamin Yamal klubu ilə yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı vingerin kataloniyalılarla yeni razılaşması 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
Müqaviləyə əsasən, Yamalın illik maaşı 9 milyon avro təşkil edəcək, əlavə olaraq bonus ödənişləri də nəzərdə tutulub. Həmçinin, onun maaşının hər mövsüm tədricən artırılması planlaşdırılır.
İspaniyalı futbolçu La Liqanın cari mövsümündə 34 matçda meydana çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin