Ekvadorlu müdafiəçi Madridə gedib – “Real”la danışmağa

Ekvador millisinin və Leverkuzen “Bayer”inin müdafiəçisi Pyerо İnkapier yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu hazırda Madriddədir və “Real”a keçidi müzakirə olunur.

Daha əvvəl də mətbuatda “kral klubu”nun “Bayer”in ekvadorlu müdafiəçisinə maraq göstərdiyi qeyd olunmuşdu.

“Bayer”in baş məşqçisi Xabi Alonso yaxın günlərdə Karlo Ançelottini əvəz edərək “Real”a rəhbərlik edəcək.

İnkapier bu mövsüm 45 oyunda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button