Vieyra qaradərili məşqçiləri ruhlandırmaq istəyir

“Cenoa”nın çalışdırıcısı Patrik Vieyra qaradərili məşqçilər üçün nümunə olmaq istədiyini söyləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis qaradərili məşqçiləri uğur qazanmağa ruhlandırmaq istədiyini bildirib:

“Əlbəttə, mən qaradərili məşqçiləri uğur qazanmağa ruhlandırmaq istəyirəm. Hələ də inanıram ki, hər şey uğur əldə etmək üçün nə qədər çalışmağa hazır olduğunuzdan asılıdır, çünki imkanlar ağır iş, fədakarlıqla gəlir. Odur ki, hər şeyi bir yerə toplamaq vacibdir ki, bir gün bu fürsətə sahib ola biləsiz.

Qaradərili məşqçilərlə bağlı bir sual var və onlardan bəzilərini daha çox ortada görünməyə ruhlandıra bilsəm, bu, mənim fəxr edəcəyim bir şey olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button