
“Finalda uduzmaq kimi bir niyyətimiz yoxdur” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri cavab oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 3:0 hesablı qələbəni belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Bir az gərginlik olsa da, sona qədər çox təmkinli oyun göstərdilər. Elmarın komandasına uğurlar arzu edirəm və azarkeşlərə təşəkkür edirəm. Öncə rəqibin oyununu anlamaq lazımdır. Rəqib ağıllı müdafiə olunurdu və əks-hücumlar edirdi. Birinci hissədə rəqib daha üstün idi. İkinci hissədə isə biz təzyiq göstərdik. Avrokuboklarda oynamaq hüququ olduqda, komandalar oyuna daha fərqli yanaşır, diqqətli olurlar. Finalda nəticəyə alışılmayan komanda olacaq.
Avrokuboklarda iştirak etmək hüququ olacaq və buna görə bizi çox bərk, ağıllı oyun gözləyir. Hər iki komandaya uğurlar arzu edirəm və hər ikisini istədim ki, iştirak etsin. Hər iki komanda çox sərmayə qoyub. Həm “Sabah”ın, həm “Neftçi”nin çox yaxşı heyəti, oyun strukturu var. Lakin biz də bu qədər əziyyət çəkmişik və finalda məğlub olmaq kimi bir niyyətimiz yoxdur”.
Nəzrin
Bizi Facebook-da izləyin



