
“Saka xarakter nümayiş etdirdi”
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand “Arsenal”ın yarımmüdafiəçisi Bukayo Sakanın UEFA Çempionlar Liqasının 1/4 finalının “Real”la cavab oyununda (2:1) göstərdiyi performansla bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Sakanın xarakter nümayiş etdirdiyini bildirib:
“Saka xarakter nümayiş etdirdi. Uğursuz penaltidən sonra əla iş gördü və komandanın hücumunu qolla başa vurdu. Bu da onun səviyyəsindən xəbər verir”.
“Arsenal” “kral klubu”nu ümumi hesabda 5:1 hesabı ilə məğlub edib. Mikel Artetanın komandası Çempionlar Liqasının yarımfinalında PSJ ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin