
“Şamaxı”da yeni müqavilə
“Şamaxı” futbolçusu Rikardo Fernandeslə müqavilə müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı portuqaliyalı qapıçı ilə 2 illik müqavilə imzalanıb. Onun bölgə təmsilçisi ilə olan əvvəlki sözləşməsi hazırkı mövsümün sonuna qədər idi.
Fernandes bu mövsüm “Şamaxı”nın heyətində 29 oyuna çıxaraq 8 dəfə qapısını toxunulmaz saxlayıb. O, kluba ötən ilin yayında Portuqaliytanın “Torrense” komandasından transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



