Cerrard: “Bir il yarım ərzində qətiyyən geri qayıtmayacam”

“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Stiven Cerrard məşqçilik karyerasını bərpa edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu yuxudan azad oyanıb öz işini gördüyünə görə şad olduğunu bildirib:

“Xeyr, istəmirəm. Yuxudan azad oyanıb öz işimi gördüyümə görə şadam. Artıq stressin nə olduğunu unutmuşam. Bir il yarım ərzində qətiyyən geri qayıtmayacam. Mən daha çox qolf oynamağa, bara getməyə və bir-iki bakal pivə içməyə üstünlük verirəm. İş zamanı qadağan olunan adi şeylərlə məşğul olmaq istəyirəm”.

Cerrard əvvəllər “Reyncers” (Qlazqo) və “Aston Villa”nı çalışdırıb. Onun son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttifaq”ı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button