AÇ: Azərbaycan millisi Türkiyə yığmasına uduzdu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirib.

Komanda.az xəbər verir ki, Xorvatiyada təşkil olunan turnirdə yığma Türkiyə ilə üz-üzə gəlib.

Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:1. Millimizin yeganə qolunu Elgün Sadıqlı vurub.

İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib – 3:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button