Noyer milli karyerasını bərpa edə bilər

“Bayern”in 38 yaşlı qapıçısı Manuel Noyer 2026-cı il dünya çempionatında yenidən Almaniya millisində oynaya bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, millinin məşqçilər heyəti Noyeri dəvət etmək variantını nəzərdən keçirir, ancaq hər şey “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin böyük turnir öncəsi formasından asılı olacaq.

Ter Ştegen məşqçiləri razı salmasa, o zaman 2024-cü ildə millidən ayrıldığını açıqlayan Noyerə ehtiyac duyula bilər.

Noyer millinin heyətində 124 oyun keçirib, 118 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button