
Azərbaycan millisinin heyətində dəyişiklik edilib
Təlim-məşq toplanışını davam etdirən Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib.
Bu barədə Komanda.az-a Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Məşq prosesində zədələnən Rövşən Hüseynli komandanın düşərgəsindən ayrılıb. Hazırda toplanışda ikisi qapıçı olmaqla, 15 futzalçı iştirak edir. Səfərə onlardan 14-ü gedəcək.
Yunanıstan – Azərbaycan oyunu martın 11-də, saat 21:00-da Afinadakı “Dias Sports Hall”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



