
Luis Enrike: “Möhtəşəm oyun keçirdik”
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində evdə “Liverpul”a məğlub olduqları (0:1) oyundan sonra futbolçularına nə dediyini açıqlayıb.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir, ispaniyalı çalışdırıcı oyunçularına möhtəşəm oyun keçirdiklərini deyib:
“Möhtəşəm oyun keçirdik, həm hücumda, həm də müdafiədə yaxşı oynadıq. Futbolçular meydanda çox hərəkət edərək tam oyun nümayiş etdirdilər. Paltardəyişmə otağında əsəbiləşdilər, amma mən onlara başlarını qaldırmalarını söylədim”.
“Liverpul” – PSJ cavab matçı martın 11-də “Enfild”də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



