
“Əminəm ki, Yamal bir gün “qızıl top”u qazanacaq”
“Real”ın sabiq futbolçusu Xavi Qarsiya İspaniya millisinin və “Barselona”nın hücumçusu Lamin Yamalın gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, ispaniyalı keçmiş yarımmüdafiəçi, Yamalın inanılmaz futbolçu olduğunu bildirib:
“İnanılmaz futbolçudur. Əminəm ki, o, bir gün “qızıl top”u qazanacaq. Gənc yaşına baxmayaraq həmişə sakitdir. “Barselona” kimi klubda futbolçular üzərində böyük təzyiq var. Amma bu oğlan unikaldır”.
17 yaşlı hücumçu İspaniya çempionatının cari mövsümündə 23 oyun keçirib, 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



