“Flik çox yaxşı insandır”

“Barselona”nın hücumçusu Lamin Yamal klubun baş məşqçisi Hans-Diter Flikin işini yüksək qiymətləndirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin yaxşı məşqçi olduğunu qeyd edib:

“O, çox yaxşı insandır, onunla hər zaman danışa bilərsən. O, tez-tez mənim işlərimlə maraqlanır. Ondan çox şey öyrəndim və bu, ona həm məşqçi, həm də bir insan kimi hörmət etməyimə səbəb olur. Siz onu sərt görürsüz, amma eyni zamanda, o, hər bir oyunçunun hər an nəyə ehtiyacı olduğunu bilir.

Müdafiə anlayışına gəldikdə, Flik məndən bəzi şeylər haqqında soruşur. Lakin hücum haqqında o, mənə çox şey demir, sadəcə olaraq, oyundan həzz ala bilim və bu qədər. Bu sizə inam verir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button