
La Liqa matçı təxirə salındı
İspaniya La Liqasının 26-cı turununun sonuncu qarşılaşması təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu gün “Vilyarreal” doğma meydanda “Espanyol”la qarşılaşmalı idi.
Lakin oyun baş tutmayıb. Buna sözügedən bölgədə hökm sürən əlverişsiz hava şəraiti səbəb olub. Qarşılaşmanın nə vaxt keçiriləcəyi sonrakı günlərdə aydınlıq gələcək.
Xatırladaq ki, “Vilyarreal” – “Espanyol” oyununa bu gün Bakı vaxtı ilə saat 00:00-da start verilməli idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin