“İnter” Fabreqasa daha yaxından baxmalıdır”

“Roma”nın sabiq hücumçusu Antonio Kassano ispaniyalı mütəxəssis Sesk Fabreqasın “Komo”nun baş məşqçisi kimi fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, Fabreqasın böyük komandaları çalışdırmasının daha məqsədəuyğun olduğunu bildirib:

“Fabreqasın böyük komandaları çalışdırması daha məqsədəuyğundur. “İnter” ona daha yaxından baxmalıdır. Fabreqas Xabi Alonso və Roberto de Zerbinin yolunu davam etdirir. Mən onun “İnter”in baş məşqçisi olmasını çox istəyirəm”.

37 yaşlı mütəxəssis 2024-cü ilin yayında “Komo”nun baş məşqçisi postuna keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimidir.

İtaliya çempionatının 26 turundan sonra aktivində 28 xal olan “Komo” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button