“Vest Hem”dən inamlı qələbə

İngiltərə Premyer Liqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Vest Hem” evdə “Lester Siti” ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.

Hazırda 67 xala malik “Liverpu” vahid lider. “Arsenal” 54, “Nottingem Forest” 48, “Mançester Siti” 47, “Çelsi” 46, “Nyukasl” 44, “Bornmut” və “Brayton” 43 xal, “Fulhem” və “Aston Villa” 42, “Brentford” 38, “Kristal Pelas” 36, “Tottenhem” və “Mançester Yunayted” isə 33 xal toplayıblar.

İngiltərə, Premyer Liqa
27-ci tur
25 fevral

Brayton – Bornmut 2:1
Qollar
: Joao Pedro, 12-pen. Uelbek, 75 – Kluyvert, 61.

Kristal Pelas – Aston Villa 4:1
Qollar
: Sarr, 29; 71. Mateta, 59. Nketia, 90+1 – Rocers, 52.

Vulverhempton – Fulhem 1:2
Qollar
: J.Qomes, 18 – Sessenyon, 1. R.Muniz, 47.

Çelsi – Sauthempton 4:0
Qollar
: Nkunku, 24. Neto, 36. Koluill, 44. Kukurelya, 78.

26 fevral

Brentford – Everton 1:1
Qollar
: Vissa, 45+4 – Obrayn, 77.

Mançester Yunayted – İpsviç Taun 3:2
Qollar
: Morsi, 22-öz qapısına. De Liqt, 26. Maquayr, 47 – Filogen, 4; 45+2.

Nottingem Forest – Arsenal 0:0

Tottenhem – Mançester Siti 0:1
Qol
: Haland, 12.

Liverpul – Nyukasl 2:0
Qollar
: Soboslai, 11. Makallister, 63.

27 fevral

Vest Hem – Lester Siti 2:0
Qollar
: Souçek, 21. Vesterqor, 43-öz qapısına.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button