
Flik: “İspaniya kuboku bizim üçün çox vacibdir”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya kral kubokunun komandası üçün əhəmiyyətindən danışıb.
Kataloniyalılar yarımfinalın ilk oyununda evdə “Atletiko” ilə qarşılaşıb – 4:4.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İspaniya kubokunun onlar üçün çox vacib olduğunu deyib:
“İspaniya kuboku bizim üçün çox vacibdir. Futbolçular bu turnirdə oynamaqdan həzz alırlar və bu, meydanda özünü göstərdi. Çalışacağıq ki, həllini tapıb finala yüksələk. Demək olar ki, hər şeydən razıyam. Komandamızın böyük mentaliteti var, sadəcə xırda detallar üzərində işləməliyik və bunu edəcəyik”.
İspaniya kubokunun ikinci yarımfinalında “Real” “Real Sosyedad”la qarşılaşacaq. İlk oyun bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin