“Real” Yamalı transfer etmək istəyib

“Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal Avropanın iki top-klubunun “radar”ında olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət “Real” və PSJ-dən gedir. İspaniyalı futbolçunun agenti Jorje Mendeş “Barselona”nın onu buraxmayacağını açıqlayıb.

Daha əvvəl mətbuatda kataloniyalıların Yamalla müqavilənin müddətini uzatmağa yaxın olduğu barədə məlumatlar yayılmışdı. Yeni müqavilə 2030-cu ilin ortalarına qədər qüvvədə olacaq. Tərəflər arasındakı hazırkı sözləşmənin müddəti 2026-cı ildə başa çatacaq.

Yamal bu mövsüm 33 matçda iştirak edib, 11 qol vurub və 16 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button