
“Bu, Çempionlar Liqasıdır, biz buna hazırıq”
PSJ-nin müdafiəçisi Markinyos UEFA Çempionlar Liqasında “Liverpul”la qarşılaşma ilə bağlı gözləntilərini bölüşüb.
Püşkatma nüfuzlu Avropa kubokunun 1/8 final mərhələsində iki nəhəngi bir araya gətirib. Komandalar arasında ilk oyun martın 5-də Parisdə, cavab qarşılaşması isə 6 gün sonra İngiltərədə baş tutacaq.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu hazır olduqlarını söyləyib:
“Liverpul”la qarşılaşma? Bu, Çempionlar Liqasıdır. Turnirdə qalib gəlmək istəyirsənsə, böyük, möhtəşəm matçlar keçirməlisən. Biz buna hazırıq”.
PSJ Çempionlar Liqasının pley-off mərhələsini inamla keçərək “Brest”i iki oyunun nəticəsinə əsasən 10:0 məğlub edib. “Liverpul” isə liqa mərhələsini 1-ci yerdə başa vuraraq, birbaşa növbəti mərhələyə vəsiqə qazanıb.
Bizi Facebook-da izləyin